Vəhhabilərin Quran və sünnəyə zidd olan etiqadları.


Vəhhabilərin Quran və sünnəyə zidd olan etiqadları.

1- Pisliklərin mənbəyi də Allahdır (Əstəğfirullah) (nəuzubillah) [Müsnəd Əbu Hənifə, səhifə 152]
2- Allahın qıçı cəhənnəmdə olacaq (Əstəğfirullah) (nəuzubillah) [Səhih Buxari, 6-cı cild, 371-ci hədis]
3- Allah taxtında bardaş qurmuş bir şəkildə oturur (Əstəğfirullah) (nəuzubillah) [Əbu Yala, İbtalut-Təvilat, cild 1, səhifə 189]
4- Allah, mələkləri qolundan və sinəsindən yaratdı (Əstəğfirullah) (nəuzubillah) [Əl-Sünnət, Abdullah İbn Əhməd İbn Hənbəl, səhifə 190]
5- Allah bir ağcaqanad üzərində səyahət edə bilər (Əstəğfirullah) (nəuzubillah) [Əqaidul-Sələf, İmam Darimi, səhifə 443]
6- Allah kökəlir (Əstəğfirullah) (nəuzubillah) [Əl-Sünnət, Abdullah İbn Əhməd İbn Hənbəl, səhifə 161]
7- Allah, mükafat verəndə fars, əzab göndərəndə ərəb dilindən istifadə edir (Əstəğfirullah) (nəuzubillah) [Ruhul-Bəyan Təfsiri, cild 10, səhifə 480]
8 — Bağdadda hənbəlilərin rəisi Əbu Ya`lə Muhəmməd b. əl-Husayn əl-Fərra deyərdi ki, Allah və sifətləri zikr olunanda, saqqal və övrətdən başqa nə desəniz qəbul edəcəm. [Əbu Bəkr b. əl-Ərəbi əl-Maliki, Əvasim əl-qəvasim, s.209-210]
9 — Peyğəmbər (s) buyurur: «… Cənnətin qapısına gəlib, qapının dəmirin çalacağam. Soruşulacaq: — Sən kimsən? -, cavab verəcəyəm ki, mən Muhəmmədəm. Bu zaman qapı açılacaq və mən Rəbbimin huzuruna gələcəyəm. O (Rəbbim) bu zaman Öz kürsisinin və ya taxtının üstündə olacaqdır. Rəbbim mənim üçün təcəlli edəcək (onu aydın şəkildə görəcəyəm) və mən əyilib Onun qarşısında səcdə edəcəyəm». [Əbu Səid Osman ibn Səid Darəmi, ər-Rədd əla əl-cəhmiyyə, s.113, h.184]
10 — (İbn Rəcəb) Deyirəm: İbn Fa`usun «Həcərul-əsvəd Allahın həqiqi əlidir» deməsi doğrudur. Bunun əsli bizim alimlərdən və digərlərinin Quranda məcazın olduğunu inkar etməsidir. Lakin onlardan kiminsə lüğətdə məcazı inkar etməsi barədə mə`lumat yoxdur. [əz-Zeylu əla Təbəqat əl-Hənabilə, c.1, s.384]
11 — Peyğəmbərin minbərdə dayanıb Allah haqqında danışdığını gördüm. Dedi: «Qiyamət günündə Allah yeddi göyü və yeddi yeri öz ovucunda cəmləyəcək». Sonra peyğəmbər (ovucunu bağlayıb açaraq) dedi: Sonra bu cür deyəcək: «Mən Allaham, mən Rəhmanam, mən Məlikəm, mən Quddusam. [Əl Qazi Ənsari «Əhadisu-ş-şuyuxi-s-siqat» (Məşyəxətu-l-Kubra) kitabı, 1090-cı səhifə ]
12 — Bir gün Peyğəmbər (s) səhabələrdən soruşdu: «Yerlə göy arasında məsafə nə qədərdir?!» Səhabələr: «Bilmirik!»-deyə cavab verdilər. Peyğəmbər (s) dedi: «Yerlə göy arasındakı məsafə ya bir, ya iki, ya da 73 il qədərdir1. Yeddinci səmaya çatana qədər səmalar arasındakı məsafə də eyni ilə bu cürdür. Yeddinci səmanın üzərində dərinliyi iki səma arasındakı məsafə qədər olan bir dəniz var. Onun üzərində isə səkkiz ədəd qoç var. Həmin qoçların dırnaqları ilə dizləri arasındakı məsafə iki səma arasındakı məsafə qədərdir. Ərş onların belindədir. Ərşin ən aşağı yeri ilə ən yuxarı yeri arasındakı məsafə də iki səma arasında olan məsafə qədərdir. Sonra isə Allah (c.c.) təbarəkə və təala bu ərşin üzərindədir.» [Osman ibn Səid Darəmi, Cəhmiyyələrə qarşı rəddiyyə (ər-rəddu ələl-cəhmiyyə) ]
13 — Qasim ibn Həbib: «ayaqqabılarımı Əbu Hənifəyə göstərib soruşdum:
— Ölüncəyə qədər bu ayaqqabıya ibadət etmiş, amma Allahını da qəlbən tanımış olan bir insan haqqında fikrin nədir?
— Mömindir,- deyə Əbu Hənifə cavab verdi.
— Elə isə, ömrümün axırına qədər mən səni dindirməyəcəyəm!» [Bağdadın tarixi, 13-cü cild, səh. 372-373 ]
14 — «Bir kişi Əbu Hənifənin yanına gəlib soruşdu:
— Donuz əti yeyən adam barəsində nə deyirsən?
— Heç bir eybi yoxdur — deyə Əbu Hənifə cavab verdi». [İmam Hafiz Muhəmməd ibn Həbban Təmimi /Kitabul-məcruhin, 3-cü cild, səh. 73]
15 — Vəhhabilərin sevimli şeyxləri Alusi Bağdadi öz təfsirində yazır: Allaha şükür edirəm ki, həyatımda üç dəfə Allahı yuxuda görmüşəm. Axırıncı dəfə 1246-cı ildə görmüşdüm. Onu ətrafı nurla bürünmüş və şərqə tərəf diqqət etdiyi halda gördüm. Mənə neçə cümlə nəsə byurdu. Yuxudan oyandıqdan sonra mən o cümlələri unutdum.
[«Ruhul-Məani», Alusi, 9/52]
16 — «Əbullah ibn Ömər dedi: Gördüm ki, Peyğəmbər (s) öz minbərində Rəbbindən danışır: «Allah – təala Qiyamət günü yeddi göyü və yeddi yeri Öz ovucunda toplayacaq, sonra belə edərək (ovucunu bağlayıb açdı) deyəcək ki, Mənəm Allah, Mənəm, Rəhman, Mənəm Malik, Mənəm Quddus və s…»» [Əhadis əş-şuyux əs-siqat səh. 1090 ]
17 — Peyğəmbər (s) «Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi (Əraf 143)» ayəsini oxuyub belə dedi: Allah Özünün baş barmağını o biri barmağının yanına qoyub çırtma (çəpik) vurdu və nəticədə dağ yerə batdı.[ Əhadis əş-şuyux əs-siqat, səh. 478-479 h. 54 ]
18 — Həqiqətən o (hz. Davud (ə)) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (Sad: 25). O Allaha yaxınlaşacaq, Allah da ona. O qədər ki, Allah Özünün bir hissəsini onun üstünə qoyacaq!! Davud (ə) Onun bir hissəsinə toxunacaq!! Davud (ə) qiyamət günü Rəbbin ətəyindən (yol gedərkən nədənsə tutmaq kimi) yapışacaq. [Əs-sünnə (Livan-Beyrut, «Dar əl-kutub əl-elmiyyə» nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 186 ]
19 — Əbdullah ibn Əmrdən belə nəql etdi: «Mələklər (Allahın) dirsəkləri və sinəsinin nurundan yaranmışlar» [Əs-sünnə (Livan-Beyrut, «Dar əl-kutub əl-elmiyyə» nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 190 ]
20 — «…Yer bütünlüklə Onun ovucunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir» ayəsinin şərhində belə demişdir: «Sol əli isə boşdur, onda heç bir şey yoxdur (olmayacaqdır)!» [Əs-sünnə (Livan-Beyrut, Dar əl-kutub əl-elmiyyə nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 185 ]
21 — və o da Kəəb haqqında belə nəql etdi: Həqiqətən Kəəb, bir kişinin öz kənizi və ya həyat yoldaşıyla gəmidə cinsi münasibətdə olmasından acığı gəlirdi və (bunu belə əsaslandırıb) deyirdi: «Gəmi, Rəhmanın ovucunun içində üzür». [Əs-sünnə (Livan-Beyrut, Dar əl-kutub əl-elmiyyə nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 154 ]
22 — «Onun Kürsüsü göyləri və yeri əhatə etmişdir» (Bəqərə sur.255) ayəsinin şərhində belə rəvayət edib: «Yeddinci yerin altı və yaradılış aləminin son nöqtəsi olan böyük daş parçasının ətrafında dörd mələk dayanmışdır. Həmin mələklərin hər birinin dörd üzü var: kişi üzü, şir üzü, kərkəs (quş adıdır)üzü və inək üzü. Bu mələklər həmin daşın üzərində dayanıb, yeri və göyləri əhatə edirlər. Başları Kürsinin altındadır, Kürsi isə Ərşin yanındadır. Dedi: O (Allah) ayaqlarını Kürsinin üstünə qoymuşdur». [ Əs-sünnə (Livan-Beyrut, Dar əl-kutub əl-elmiyyə nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 161 ]
23 — Peyğəmbər (s) buyurur: «… Cənnətin qapısına gəlib, qapının dəmirin çalacağam. Soruşulacaq: — Sən kimsən? -, cavab verəcəyəm ki, mən Muhəmmədəm. Bu zaman qapı açılacaq və mən Rəbbimin huzuruna gələcəyəm. O (Rəbbim) bu zaman Öz kürsisinin və ya taxtının üstündə olacaqdır. Rəbbim mənim üçün təcəlli edəcək (onu aydın şəkildə görəcəyəm) və mən əyilib Onun qarşısında səcdə edəcəyəm». [Ər-rədd ələl-cəhmiyyə (cəhmilərə rəddiyyə), Kuveyt, İbn Əsir nəşriyyaı, səh.113, h.185 ]
24 — Dedi: Abdullahın belə dediyini eşitdim: «Biz Rəbbimizi yeddi göyün üzərində Ərşin üstündə Öz məxluqatına görünən kimi tanıyırıq». Amma, cəhmiyyələr kimi demirik. Onlar deyirlər: «Allah buradadır». Sonra əli ilə yerə işarə etdi. [Əs-sünnə (Livan-Beyrut, Dar əl-kutub əl-elmiyyə nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 41]
25 — .. Allah Öz ərşinin, göylərinin üzərindədir. Onun göyləri isə qübbə kimi yerlərin üzərindədir, -bunu deyərkən Peyğəmbər (s) əliylə qübbə formasını göstərdi-, ərş Onun altında səs salır (cırıldayır), necə ki, əşya, onun üzərindəki cismdən cırıldayır».[Əbu Davud (h.4726) və İbn Xuzeymə c.1, səh. 239-240. Ər-rədd ələl-cəhmiyyə ,səh.49, h.71]
26 — Səid ibn Cəbirdən nəql edir ki, onlar «(Tövratın) lövhələri yaqutdandır» deyirlər, – mən bilmirəm ki, qırmızı yaqut dedi, ya yox, — amma mən
deyirəm ki, Səid ibn Cəbir deyir: «Həmin lövhələr zümrüddəndir, yazısı da qızıldandır. Rəhman onu Öz əli ilə yazmışdır. Göy əhli hətta Onun qələminin səsini də eşitmişdir». [Əs-sünnə (Livan-Beyrut, Dar əl-kutub əl-elmiyyə nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 72 ]
27 — Peyğəmbər (s) buyurdu: » Məni (sperma) ana bətnində qırx gün qaldıqdan sonra insanların işinə müvəkkəl olan mələk gəlib həmin mənini Rəbbin yanına qaldırır və deyir: — Ey Rəbb, bu bəndən kişi olsun, ya qadın? Bu zaman Allah onun barəsindəki hökmünü verir. Mələk yenə soruşur: — Ey Rəbb, yaxşı insandır, ya pis? Bu zaman onun alnına necə insan olacağı yazılır.[ Ər-rədd ələl-cəhmiyyə ,səh.63 , h.94 ]
28 — Ömərdən nəql etmişdir ki, (Rəbb) kürsi üstündə oturanda dəvənin üzərinə qoyulmuş yeni palandan səs çıxan kimi ondan (kürsidən) səs çıxdı (cırıldadı). [Əs-sünnə ,səh. 79-80, h. 403]
29 — Müslim Bətindən nəql etmişdir ki: «Onlar (çox güman ki, mələklər nəzərdə tutulur) Yeri və göyləri əhatə etmişlər; başları kürsinin altındadır, kürsi isə ərşin altında yerləşir. O (Rəbb) Öz ayaqlarını kürsinin üzərinə qoymuşdur».[Əs-sünnə ,səh. 79-80, h. 404]
30 — Səid də ibn Abbasdan nəql edir ki: «Göyləri və Yeri əhatə edən kürsi Onun (Rəbbin) ayaqlarının yeridir. Ərş isə Onun yaratdıqlarının məcmusudur. Göylər Rəhmanın yaratdıqlarının içərisində səhradakı bir qubbə kimidir.»[Əs-sünnə ,səh. 79-80, h. 407]
31 — Əkrəmədən rəvayət edibmış: » Allah yalnız üç şeyə öz əliylə toxunmuşdur: Adəmi öz əliylə yaratmış, cənnəti öz əliylə əkmiş və Tövratı öz əliylə yazmışdır».[Əs-sünnə ,səh. 77, h. 388]
32 — .. doğru olan «Allahın kölgəsində» ləfzidir. Beləliklə, Onun özünə layiq kölgəsi vardır. Biz Allahın digər sifətlərinin keyfiyyətini bilmədiyimiz kimi bu sifətinin də keyfiyyətini bilmirik.[Ibn Baz, Məcmu əl-Fətava, cild 28 ]
33 — .. Allahın özündən başqasına nisbət veriləmiyəcək həddi(məhdudiyyəti)vardır. [Ibn Teymiyyə, Bəyan Təlbis Əl Cəhmiyyə , cild 1 , s.433 ]
34 -Rəsulullah (s.a.a.) Ərşin üzərində Rəbbi ilə birlikdə oturacaq [İbni Teymiyyə, “Məcmu əl-Fətva”, 4/374]
35 – Onun(Allahın) istivasının anlamı şan və əzəməti olduğu halda(zatıyla) kürsüdə oturmasıdır.Özündən(Allahdan) başqa heç kim bu keyfiyyıtini biləməz [ Ibn Useymin, Akidet Ehlil Sünne vel cemaah, Yunis sürəsi,3cü ayənin təfsiri]
36 — İbn Teymiyyə deyir ki:“…Çünki Əl-Hayy və Əl-Qəyyum(Yani Allah), istədiyini edər,istərsə hərəkət edər,istərsə enər və yüksələr və istərsədə qalxar və oturar.Çünki diri və ölü olmaq arasındakı əlamət hərəkət etməkdir.” [ Ibn Teymiyyə, Müvafakatu sarihil-makul li sahihil-mənkul , cild 2 , s.26]
37 — .. Allah deyəcək: «Sizinlə onun arasında onu tanıyacağınız bir nişanə varmı?» Onlar deyəcəklər: «Baldır». Allah Təala baldırını açıb onlara göstərəcək. Bütün iman gətirənlər səcdə edəcəklər». [«Səhih Buxari» kitabı,»Tovhid kitabı», səh 1836, hədis № 7439 . «Səhih Müslim» kitabı, «İman kitabı», səh 167, hədis № 302]
38 — Rəsuləllah buyurdu:»Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm».[İbtal ət-təvilat li əxbar əs-sifat, səh 143-145]
39 — Peyğəmbər(s) belə buyurdu: «Cəhənnəmliklər cəhənnəmə atılacaq.(Atıldıqca,cəhənnəm): «Daha artıqı varmı? deyəcək.Nəhayət(İzzət sahibi olan Rəbb) ayaqını basacaq.Bu səfər cəhənnəm:Çatır,çatır! deyəcəkdir.[ S’hih Buxari , Kitabul-Tefsir , 282- Bâb: hədis 369 ]
40 — Peyğəmbər (s) Allahı əzəmətlə öyəndən sonra buyurdu: «Onun kürsisi göyləri və Yeri əhatə edir. O, kürsinin üzərinə əyləşdikdə (oturacaq hissəsi) kürsidən dörd birləşik barmaq miqdarında artıq olub kənara çıxır. Rəbb kürsiyə əyləşdikdə dəvənin belinə minilən zaman palanından çıxan səs kimi kürsi səs çıxardır.» [Əs-sünnə ,səh. 77, h. 409]

Yorumlar

Bu blogdaki popüler yayınlar

Əhli-Sünnə kitabları

"Cəhənnəmdə Bitən Gül" Asim Ərdəbili