"Cəhənnəmdə Bitən Gül" Asim Ərdəbili


Ərdəbilli bir gənc oğlan Qəzvin şəhərinin Ələmut məntəqəsində hərbi xidmətdə olur. Suru adlı bir qız oğlana dəlicəsinə vurulur, sevgisindən gecə-gündüzü dünyası alt-üst olan Suru sevgisini gənc oğlandan gizli saxlayır. Əyyub adlanan gəncin əsgərlik dövrü sona çatır, səssiz-səmirsiz əşyalarını yığıb eli-obası olan Ərdəbilə dönür. Bu hicrana dözməyən Suru itkin sevgisinin arxasınca yola düşür. Ancaq nə axtarır.. sevgilisindən nə bilir? Bildiyi tək şəhərin adıdır. Suru Ərdəbil şəhərinə yola düşür, şəhəri addım-addım gəzərək Əyyubu axtarır nəhayət ki, onun evin tapır. Qapını döydükdə Əyyubun arvad-uşağı çıxır, Əyyubun evli olduğunu görüb heç nə deməyir. Ancaq bu sevgisinin nəfəs çəkdiyi yurdda qalıb, nəfəs almaqdan başqa çarsi qalmayır.
            Şəhər camaatının köməkliyi ilə 4 divarlı bir otaqda tək-tənha sevgi xəyalı ilə hələdə yalqız ömür sürür. İndi görək Surunun bəxtsiz talehin Ərdəbilli Şair Asim Ərdəbili  necə nəzmə çəkib. 

Fələkin qanlı əlindən bir atılmış yerə əndı,
Bir fəlakət ananın can şirəsindən südün əmdı,
Bollu nisgil şələsi çiyninə aldı,
Tay tuşundan dalı qaldı,
Sarı gül misli saraldı,
Günü tək bağrı qaraldı.
Xan çobansız selə tapşırsın özün,
Yurdumuza bir Sara gəldi,
Bir vəfasız yar əlindən sana gəlməz yara gəldi,
Bir yazıq qız, can əlindən cana gəlməz cana gəldi,
Keçəcəkdə Ələmut damənəsindən buraya dərmana gəldi,
Bir adamsız Suruadlı,
Əlı bağlı,
Dili bağlı!
Suru can Omma fələkdən fələkin yoxdu vəfası 
Nəqədər Yoxdu Vəfası o Qədər Çoxdu Cəfası 
Köhnə rəqase kimin hərkəse bir cür di ədsı 
O Ayaqdan Tüşəni İstər Ayaqdan Salan Olsun ..

Yorumlar

Bu blogdaki popüler yayınlar

Əhli-Sünnə kitabları